Şabranda sevgilisindən ayrılan qız özünü asaraq intihara cəhd edib
Ölkə
28 İyul 2017 12:06

Şabranda sevgilisindən ayrılan qız özünü asaraq intihara cəhd edib


Şabran. 28 iyul. REPORT.AZ/ Şabran rayonunda sevgilisi ilə mübahisə edən qız özünü asaraq intihara cəhd edib.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə şəhərinin Rəşid Behbudov küçəsində yerləşən, Fərhad Ömər oğlu Əkbərova məxsus evin ikinci mərtəbəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda ailəsilə kirayədə yaşayan, Quba rayonunun Bərqov kənd sakini, 24 yaşlı Səma Həmid qızı Məmmədova özünü evin 2-ci mərtəbəsində iplə asaraq intihar etmək istəyib. Ailə üzvləri vaxtında bunu bildiyindən Səmanı xilas edib və ona ilkin tibbi yardım göstərilib.
Məlumata görə, S.Məmmədova özünü Aqşin adlı sevgilisindən ayrıldığı üçün özünü öldürmək istədiyini deyib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13