Rusiyanın qızıl-valyuta ehtiyatları 415 mlrd. dollara çatıb
İqtisadiyyat
28 İyul 2017 12:11

Rusiyanın qızıl-valyuta ehtiyatları 415 mlrd. dollara çatıb


Bakı. 28 iyul. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatları 15-21 iyul həftəsində 2,1 mlrd. ABŞ dolları və ya 0,5% artaraq 414,7 mlrd. dollara çatıb. "Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.
"Thomson Reuters" agentliyinin məlumatına görə, Rusiya Bankı qızıl ehtiyatlarında artım həcminə görə dünya mərkəzi bankları arasında ardıcıl 5 ildir liderdir. Xatırladaq ki, Rusiya Bankı 2016-cı ildə 201 ton qiymətli metal alıb.
Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə - 350,5 mlrd. dollara kimi geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən 64,2 mlrd. dollar və ya 18,3% çoxdur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13