"Krasnodar" klubunun futbolçusu Məhəmmədşəfi Süleymanov postsovet futbolu tarixinə düşüb
İdman
28 İyul 2017 12:46

"Krasnodar" klubunun futbolçusu Məhəmmədşəfi Süleymanov postsovet futbolu tarixinə düşüb


Bakı. 28 iyul. REPORT.AZ/ Rusiya "Krasnodar"ının futbolçusu Məhəmmədşəfi Süleymanov postsovet futbolu tarixinə düşüb. "Report"un məlumatına görə, hücumçu avrokuboklarda ən gənc qol müəllifi olub.
O, Avropa Liqasının III təsnifat mərhələsində Danimarka "Lünqbü"sü ilə ilk oyun zamanı qələbə topunu vurub - 2:1. 17 yaş 224 günündə fərqlənən forvard "Spartak"ın keçmiş oyunçusu Sergey Rodionova məxsus rekordu təzələyib. Rodionov 1980-ci ildə Lüksemburq "Jeness"i ilə görüşdə 18 yaş 16 günündə ikən qol vurub.
Məhəmmədşəfi Kamil oğlu Süleymanov 16 dekabr 1999-cu ildə Dağıstan Respublikasının paytaxtı Mahaçqalada anadan olub. 2013-cü ildən "Krasnodar" akademiyasına qəbul olunan Süleymanov Rusiya Premyer Liqasında cəmi 12 gün əvvəl "Rubin"lə qarşılaşmada debüt edib. O, Rusiyanın U-16, U-17 və U-19 yığmalarında çıxış edib.
Qeyd edək ki, avrokuboklarda postsovet komandalarının oyunçuları arasında ilk "dubl"a Alan Zaqoyev imza atıb. O, MOİK-in heyətində 18 yaşında İspaniya "Deportivo"sunu 2 dəfə məyus edib. 2008-2009 mövsümündə keçirilmiş UEFA Kuboku matçında "hərbçilər" böyük hesabla qalib gəliblər - 3:0.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13