Polis arvadını öldürdü: özü də azyaşlı uşağının gözü qarşısında İNTİHAR ETDİ - VİDEO - FOTO
Dünya
28 İyul 2017 13:04

Polis arvadını öldürdü: özü də azyaşlı uşağının gözü qarşısında İNTİHAR ETDİ - VİDEO - FOTO


Konyanın Cihanbeyli mahalında yol polisi işləyən 27 yaşlı Serkan Çevik ilə həmyaşıdı olan tibb bacısı həyat yoldaşı Elif Çevik evdə ölü tapılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, cütlüyün 2.5 yaşlı uşaqları İkranurun da paltarı qan içində valideynlərinin cəsədinin yanında olduğu məlum olub. Serkan Çevikin psixi sarsıntı keçirib, tapança ilə yoldaşını öldürdükdən sonra intihar etdiyi ehtimalı üzərində dayanan polis istintaqı davam etdirir.

Cihanbeylidə bir məsciddə imamlıq edən Mustafa Özdemir çərşənbə axşamı günü qızı Elif Çelik ilə polis olan kürəkəni Serkan Çevikə nə qədər zəng etsə də cavab verən olmayıb. Özdemir axşam saatlarında qızının evinə gedib. Qapını açan olmayınca çilingərin köməyi ilə evə girən Özdemir qorxunc mənzərə ilə qarşılaşıb. Qızı və kürəkəni yataq otağında yerdə qan içində, nəvəsi İkranuru da valideynlərinin cəsədinin yanında paltarı qanlı tapıb.

Hadisə yerinə çağırılan təcili yardım briqadası Çevik cütlüyünün öldüyünü deyib.

Araşdırmada, Elif Çevikin bədəninin müxtəlif yerlərində 6 güllə yarası təsbit edilərkən, Serkan Çevikin isə başından vurulduğu məlum olub. Serkan Çevikin tapançası da cəsədinin yanında tapılıb.

Azyaşlı İkranurun qana bulanmış paltarları dəyişdirildikdən sonra, babası Mustafa Özdəmirə təhvil verilib. 

İstintaq davam edir.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Polis məmuru arvadını öldürdü: özü də azyaşlı uşağının gözü qarşısında İNTİHAR ETDİ







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13