Dövlət Neft Fondu 3,5 mlrd. dollar gəlir əldə etdi
Ölkə
28 İyul 2017 13:24

Dövlət Neft Fondu 3,5 mlrd. dollar gəlir əldə etdi


2017-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti ilin əvvəlinə nisbətən 1 mlrd. 643,9 mln. dollar (büdcədənkənar gəlirlər 1 mlrd. 288,8 mln. dollar daxil olmaqla) və ya 4,96%-ə qədər artaraq 34 mlrd. 790,9 mln. dollar təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in gəlir və xərclərinin icra vəziyyəti haqqında təhlilində deyilir.

Bildirilir ki, 2017-ci ilin 6 ayı ərzində Fondun gəlirlərinin ümumi həcmi 6 mlrd. 127,2 mln. manat və yaxud 3 mlrd. 504,7 mln. dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (8 mlrd. 370,6 mln. manat) 73,2% səviyyəsində yerinə yetirilib. Fondun xərcləri isə 5 mlrd. 533,8 mln. manat və ya 3 mlrd. 149,6 mln. dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (14 mlrd. 483,9 mln. manat) 38,2% səviyyəsində icra edilib.

Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə büdcədənkənar gəlirlər 1 mlrd. 288,8 mln. dollar təşkil edib, həmin dövr ərzində isə ABŞ dolları ifadəsilə Fondun büdcədənkənar xərcləri olmayıb.

2017-ci ilin ilk yarımilliyində Fondun investisiya portfelinin gəlirliyi 1,12% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,62 faiz bəndi çoxdur. Gəlirliyin artımını xərclərin nəzərdə tutulmuş məbləğə qarşı az icra edilməsi və səhm yatırımları üzrə gəlirliyin keçən ilin müvafiq rəqəmləri ilə müqayisədə daha yüksək olması ilə əlaqələndirmək olar.

Fondun ümumi gəlirlərinin 6 aylıq dövr ərzində 73,2% icra edilməsinin əsas səbəbi kimi xam neftin ixrac qiymətinin dövlət büdcəsində 40 dollar həcmində proqnozlaşdırılmasına baxmayaraq 6 aylıq dövr ərzində mənfəət neftinin orta çəkili satış qiymətinin 53 dollar təşkil etməsi olub. Ümumilikdə manat ifadəsilə Fondun vəsaitləri 01.07.2017-ci il tarixə 57 mlrd. 474,2 mln. manat təşkil edib.

Fondun xərclərinin 6 aylıq dövr ərzində 38,2% icra edilməsini isə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına transfertin nəzərdə tutulmuş məbləğə qarşı (7,5 mlrd. manat) 32,7% az icra edilməsi ilə (2 mlrd. 448,3 mln. manat) əlaqələndirmək olar. Fond tərəfindən 2017-ci il üçün dövlət büdcəsinə 6,1 mln. manat məbləğində nəzərdə tutulmuş transfert cari ilin altı ayı ərzində 2,991 mlrd. manat və ya 49,1% səviyyəsində icra edilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08