Ağadadaş Ağayevdən ayrılıq xəbəri - 18 ildən sonra...
Ölkə
28 İyul 2017 13:34

Ağadadaş Ağayevdən ayrılıq xəbəri - 18 ildən sonra...


Xalq artisti Ağadadaş Ağayev prodüseri Əzizağa Qurbanovla yolları ayrılıb. Bununla da 18 illik işbirliyinə son qoyulub.

Milli.Az xəbər verir kİ, bu barədə yenicag.az-a prodüser özü açıqlama verib. Onun sözlərinə görə, xalq artisti ilə aralarındakı dostluq davam edəcək. Ayrılığa səbəb isə prodüserin Türkiyə şou-biznesinə qatılmasıdır:

"18 il Ağadadaş Ağayevlə işbirliyimiz olub. Amma qismət elə gətirdi ki, Türkiyəyə köçməli oldum. Hazırda İstanbulda yaşayıram və Azərbaycanla əlaqələrimiz davam edəcək. Bundan sonra Azərbaycan müğənnilərinin Türkiyədə, türk ulduzlarının da Azərbaycanda konsertlərini təşkil edəcək və bu istiqamətdə işlərlə məşğul olacağam".

Qeyd edək ki, ixtisasca musiqiçi olan Ə.Qurbanov mərhum pianoçu Həsənağa Qurbanovun qardaşıdır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22