Dondurma alarkən DİQQƏTLİ OLUN! - "Qum dadır, adamı boğur" - VİDEO - FOTO
Ölkə
28 İyul 2017 13:34

Dondurma alarkən DİQQƏTLİ OLUN! - "Qum dadır, adamı boğur" - VİDEO - FOTO


Milli.Az ARB TV-yə istiandla xəbər verir ki, son günlər bəzi dondurmaların keyfiyyətinə şübhə ilə yanaşanların sayı artıb. Söhbət isti yay aylarında tələbatın daha çox olduğu dondurmalardan gedir.

Nərgiz Sadıqova - sakin: "Eşitmişdim ki, qum dadır, amma fikir verməmişdim. Təsadüfən aldım, bir də baxıram ki, qum kimi nəsə dadır. Elə bil ki, içində nəsə maddə var əriməyib. Adamı boğur".

Sərinləşdirici desertin yararlılıq müddəti yerində olsa da, dadanlar təəccüb edir. Bəziləri istehlakçının hüququnun tapdalandığı bu halı istehsal mənşəli problem, bəziləri isə əridikdən sonra yenidən dondurulma ilə əlaqələndirirlər. Nəzərə alaq ki, 2-ci dəfə dondurulmuş məhsulun qəbulu orqanizmə mənfi təsir edir.

Fazil Paşayev - ekspert: "Qaydada yazılır ki, donmuş məhsul əriyəndən sonra təkrar dondurub onu satmaq qadağandır. Dondurmanı alanda yoxlasınlar, fikir versinlər. Kağızının üzərində əriyəndən sonra sular qalır, o su da donur. İçindəki xırda şeylər buz kimi donur".

Bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi də bəzi dondurmalarda istehsal mənşəli problemlərin, sağlamlıq üçün təhlükə yaradan mikroorqanizmlərin normadan artıq olduğunu açıqlamışdı. Bu faktlar göstərir ki, dondurma alarkən diqqətli olunmalıdır. Şübhəli hal aşkarlandıqda qaynar xətlə əlaqə yaradaraq hüuqlarınızı müdafiə etməlisiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dondurma alarkən DİQQƏTLİ OLUN! -




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08