Ramazan Abdulatipov: "Azərbaycan ənənəvi olaraq Dağıstanın əsas ticarət tərəfdaşıdır"
Ölkə
28 İyul 2017 13:36

Ramazan Abdulatipov: "Azərbaycan ənənəvi olaraq Dağıstanın əsas ticarət tərəfdaşıdır"


Bakı. 28 iyul. REPORT.AZ / "Azərbaycan ənənəvi olaraq bizim əsas ticarət tərəfdaşımızdır, bu ölkə ilə ticarət həcmi hər il Dağıstanın xarici ticarət dövriyyəsinin ən azı 30 faizini təşkil edir". 
"Report"un məlumatına görə, bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov "Moskva-Bakı" portalına müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, regionlar arasında münasibətlər sabit müsbət dinamikası ilə səciyyələnir və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönəlib: "Şimali Qafqaz gömrük idarəsinin məlumatına görə, Dağıstan və Azərbaycan arasında xarici ticarət dövriyyəsi 2016-ci ildə 104,3 mln. ABŞ dolları təşkil edib. 2017-ci ilin birinci rübündə ticarət dövriyyəsi 7,5 mln. ABŞ dolları təşkil edirdi: ixracın payı 3,5 mln. dollar, idxal - 4 mln. ABŞ dolları".
R.Abdulatipov əlavə edib ki, Dağıstan və Azərbaycanı tarixən yaranmış mehriban qonşuluq, dostluq münasibətləri birləşdirir, Azərbaycanda yaşayan etnik dağıstanlıların sayı isə 240 000 nəfərdən çoxdur.
O, Azərbaycan Prezidenti ilə keçirdiyi görüşlərdən danışaraq bildirib ki, İlham Əliyevlə səmimi, qardaşlıq və qarşılıqlı hörmət əsasında münasibətlər qurub: "Biz, dağıstanlılar, Azərbaycan lideri ilə dostluğu səmimi qiymətləndiririk. İlham Əliyevin "Dağıstan - Rusiyanın bütün bölgələrindən bizim üçün ən yaxın və əziz diyardır" sözləri çox şeydən xəbər verir".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08