Sumqayıtda yaşayış binasında GÜCLÜ YANĞIN: 2 nəfər zəhərləndi, 15 nəfər...
Ölkə
28 İyul 2017 13:38

Sumqayıtda yaşayış binasında GÜCLÜ YANĞIN: 2 nəfər zəhərləndi, 15 nəfər...


Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə binanın 10-cu mərtəbəsində baş verib.

Ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilib və mənzillərdən 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08