Şirvanda toyda bəyi əqrəb sancdı
Ölkə
28 İyul 2017 14:04

Şirvanda toyda bəyi əqrəb sancdı


Şirvan şəhər sakinini əqrəb sancıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.
 
E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.
 
Eyni gündə başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə Şirvan şəhər Xəstəxanasının reanimasiyasına yerləşdirilib. Ona da yardım edildikdən sonra evə buraxılıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08