Farsların şeytanın ağlına gəlməyən DƏHŞƏTLİ 10 CƏZA NÖVÜ: 3 dəfə öldürmək... - FOTOLAR
Digər
28 İyul 2017 14:08

Farsların şeytanın ağlına gəlməyən DƏHŞƏTLİ 10 CƏZA NÖVÜ: 3 dəfə öldürmək... - FOTOLAR


Farslar törədilən cinayətin böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün məhbusları çox sərt cəzalandırırdılar ki, digərlərinə ibrət olsun.

Onlar cəza verərkən çox zaman insanların mənsub olduqları zümrələri nəzərə almırdılar. Lakin bəzən qaydaları pozurdular.

Publika.az qədim farsların məhbuslara tətbiq etdikləri 10 tükürpədici işgəncənin siyahısını diqqətinizə çatdırır:

Məhbusların dərisindən kürsü üzlüyü hazırlamaq

Əslində bu günahkardan çox ondan sonra gələnlər üçün gözdağı idi. Mənbələrə görə, Siamnes adlı bir hakim rüşvət alarkən yaxalanır. Hökmdar onu cəzalandırmaq üçün Sisamnesin dərisini soydurub, kürsü üzlüyü hazırlatdırır və ondan sonra vəzifəyə təyin olunan hakimin istifadəsinə verir. Ən qorxulusu isə o idi ki, ölkənin yeni hakimi Sisamnesin doğma oğlu idi.

Kül hovuzunda boğmaq

Fars İmperiyasında ən böyük cinayət vətənə və tanrılara qarşı xainlik sayılırdı. Bu günahların cəzasi isə kül hovuzunda boğmaq idi. Farslar bu işgəncəni həyata keçirmək üçün 25 metr hündürlüyündə kül qülləsi tikmişdilər. Məhbusu qüllənin içərisinə saldıqdan sonra cəlladlar çarxı hərəkətə gətirirdilər. Bu zaman içəridəki küllər hərəkətə gəlir, məhbusu lap dərinə çəkirdi. Qüllənin dibində tozla nəfəs aldıqdan sonra insan boğulub, ölürdü.

Boğazına ərimiş qızıl tökmək

Roma imperatoru Valerian farslara əsir düşən zaman onu həmin an öldürmədilər. Valerian öncə imperator Şapurun nökərinə çevrilir. Şapur ona it kimi davranır, hətta it adı verir, 4 ayaq üzərində gəzməsini əmr edirdi. Atına minəndə isə, Valeriandan kətil əvəzi istifadə edirdi. Tezliklə Şapur öz nökərindən bezir və onun boğazına ərinmiş qızıl töküb, edam etdirir. Sonra isə dərisini üzüb, içərisinə saman doldurmağı əmr verir. Valerianın dərisi uzun müddət mərkəzi meydanda nümayiş olunur.

Ağaclardan istifadə edərək, insanları parçalamaq

Bu cəza çox vaxt yol kəsib, insanları soyan oğru və əlizorbalılara tətbiq edilirdi. İki böyük ağacın ucları mümkün olduğu qədər yaxınlaşdırılaraq, iplə bağlanır, sonra isə, cəzalının bir ayağı bir ağacın ucuna, digər ayağı isə ikinci ağacın ucuna bağlanırdı. Nəhayət, ağacları bir-birinə birləşdirən ip kəsilir, beləcə məhbus da iki hissəyə parçalanırdı.

Xidmətçilərin başını daşla əzmək

Kral Artaxerxesin anası və arvadı bir-birinə nifrət edirdilər. Onların həyatdakı yeganə məqsədləri bir-birini öldürmək idi. Sonda qayınana öz arzusuna çatır, gəlinini öldürüb, bu işdə ona kömək edən, xidmətçilərin daşqalaq edir.

Parçalanmış üsyançıları qapılara zəncirləmək

Hakimiyyəti devirməyə cəhd edən üsyanı yatırdıqdan sonra Kral Dari hərəkatın liderlərinin qulaqlarını və burunlarını kəsdirib, bir gözlərini çıxartdırır. Digər gözlərini isə saxlayır ki, öz cəzalarını gözlərilə görsünlər. Sonra onları sarayın qala qapısına zəncirlətdirir. Yoldan keçən hər kəs üsyançıları döyür, təhqir edirdi. Bir həftə sonra isə, Kralın ordusu əsirləri edamla öldürür.

Cinayətkarla eyni xalqdan olan hərkəsi öldürmək

Fars imperatorluğunda zərdüşt rahiblər maq adlandırılırdı. Maqlar dini liderlər idilər. Bir gün Smerdis adlı bir maq hakimiyyət sevdasına düşür. Xalqı Böyük Sirusun oğlu olduğuna inandırıb, Fars hökmdarınadək yüksəlir. Vergiləri azladıb, ölkəni müdrik şəkildə idarə etdiyi üçün hər kəs onu sevirdi, ta ki, həqiqəti öyrənənədək. Gerçəyi öyrənən xalq onu bağışlamadı. Öncə Smerdisin ailəsinin üzvlərini, daha sonra isə, bütün maqları edam etdilər.

Cəzalıları diri-diri böcəklərə yedirmək

Bu cəza kralın həddən artıq çox nifrət etdiyi düşmənlərinə tətbiq olunurdu. Edam ediləcək insanın bədəninə öncə bal sürtülür, üzərinə süd tökülüb, sadəcə qolları, ayaqları və başı açıq qalacaq şəkildə qayığa mindirilirdi. Qayıq sürünən zəhərli heyvanların və böcəklərin bol olduğu bataqlıqlara buraxılırdı. Cinayərkarın ətrafları böcəklərə yem edilirdi. Özünün rahat ölməməsi üçün isə, az miqdarda süd və bal yedirilirdi. Bu işgəncə bəzən 20 günədək davam edirdi.

İnsanlara öz övladlarını yedirmək

Günlərin bir günü Kral Astyages yuxuda görür ki, nəvəsi hakimiyyətə gəlib, onun taxtını əlindən alır. Kral öz sərkərdəsi Harpaqusa körpə nəvəsini edam etməyi tapşırır. Körpəni öldürməyə qıymayan Harpaqus onu gizli şəkildə bir çobanın tərbiyəsinə verir. Hadisənin üstündən 10 il keçəndən sonra sirrin üstü açılır. Kral Harpaqusun oğlunu öldürüb, ətindən yemək hazırlatdırır. Yeməyi hər şeydən xəbərsiz Harpaqusa yedirir. Hadisədən xəbər tutan zavallı sərkərdə: “Hər şeyin ən yaxşısını kralım bilər” deyib, yeməyin geri qalanını istəyir. Kral bütün qazanı ona verir. Harpaqus kor peşman oğlunun bişmiş ətini qəbristanlıqda basdırır.

Üç dəfə öldürmək

Farslar cinayətkarların bir dəfə edam edilməsinə icazə vermirdilər. Dərisini üzüb sağaldır, yenidən eyni cəzanı verirdilər. Sonda isə, sağaldıb, dar ağacından asırdılar.

Şeytanın belə ağlına gəlməyən bu cəza növləri vaxtı ilə farsların həyat tərzi olub. Bu gün isə belə qəddar adətlərə sivilizasiyadan kənar qəbililərin gündəlik həyatında rast gələ bilərik.

Leyla Sarabi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13