Evə əxlaqsız qız gətirən qonşusunu öldürənə 10 İL 6 AY HƏBS TƏLƏBİ
Ölkə
28 İyul 2017 14:24

Evə əxlaqsız qız gətirən qonşusunu öldürənə 10 İL 6 AY HƏBS TƏLƏBİ


Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə söz dövlət ittihamçısına verilib.

Prokuror çıxışında S.Məmmədovun törətdiyi əmələ görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Səxavət Məmmədov dəfələrlə mübahisə etdiyi qonşusu Müşfiq Şükürova şişlə bir neçə dəfə zərbə endirərək qətlə yetirib. Hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib. Cinayətin baş verməsinə səbəb yataqxananın birinci mərtəbəsində yaşayan Ağdam rayonundan olan məcburi köçkün 46 yaşlı Müşfiq Şükürovun qonşusu Cəbrayıl rayonundan olan məcburi köçkün S.Məmmədovu narahat etməsi olub. S.Məmmədov qonşusunun nalayiq söyüşlərindən, gecə saatlarına qədər davam edən dava-dalaşından, evə əxlaqsız qadınlar gətirməsindən bezdiyi üçün onunla dəfələrlə mübahisə etdiyini, sonda isə belə bir hadisənin baş verdiyini deyib. Qeyd edək ki, Səxavət Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqdirli bilinir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13