Sumqayıtda avtobus sürücülərinin özbaşınalığı - Departament nə deyir? - FOTO
Ölkə
28 İyul 2017 14:34

Sumqayıtda avtobus sürücülərinin özbaşınalığı - Departament nə deyir? - FOTO


Sumqayıt sakinləri şəhərdə hərəkət edən avtobuslardan və sürücülərdən narazıdırlar.

Milli.Az bildirir ki, sumqayıtlılar yeni gətirilmiş və 7 saylı xətt üzrə hərəkət edən "AKİA" markalı avtobusların kondisioneri olmasına baxmayaraq, sürücülərin son günlərdəki dözülməz isti havalarda belə ondan istifadə etmədiyini deyirlər.

Sərnişinlərin "kondisioneri niyə qoşmursunuz?" sualına isə sürücülər "yanacağa təsir edir, pulu isə bizim cibimizdən çıxır," - deyə cavab verirlər.

Bundan əlavə, sürücülərin avtobusları təhlükəli idarə edərək sərnişinlərin həyatını təhlükəyə atdıqlarını bildirən Rahid adlı Sumqayıt şəhər sakini deyir ki, sürücülər harda gəldi əyləcə basır, avtobusdaca siqaret çəkir, sükan arxasında telefonla danışır, dayanacaqlardan başqa hər yerdə saxlayırlar. 

Problemlə bağlı Sumqayıt şəhər Nəqliyyat Departamentinin mövqeyini öyrənməyə çalışdıq. Departamenti rəisi Seyfulla Əsədullayev Milli.Az-ın məsələ ilə bağlı sorğusunu belə cavablandırıb:

"Avtobuslarda kondisionerlər daimi olaraq işləyir. 2-3 avtobusda bu problem var idi, amma artıq onu aradan qaldırdıq. Dayanacaqdan kənarda saxlayan, sükan arxasında siqaret çəkən, telefonla danışıb sərnişinlərin həyatını təhlükəyə atan sürücülərlə bağlı isə departament işçiləri mütamadi olaraq reydlər keçirir. Bu cür hallarla rastlaşan sərnişinlərdən xahiş edirik ki, Nəqliyyat Departamentinə konkret faktlarla müraciət etsinlər ki, biz də həmin sürücülər barəsində lazımi tədbirləri görək. Departamentin əlaqə nömrələri avtobusların əksəriyyətində yazılıb".

Adil Nəcəfov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13