Rusiya bu 3 azərbaycanlı "qanuni oğru"nu axtarır - FOTO
Ölkə
28 İyul 2017 14:44

Rusiya bu 3 azərbaycanlı "qanuni oğru"nu axtarır - FOTO


Hazırda kriminal aləmdə "qanuni oğru" statusu olan 432 nəfərdən 312 nəfəri azadlıqdadır. 120 nəfər həbsdə, 28 nəfər istintaq altında, 15 nəfər isə axtarışdadır.

Milli.Az cebhe.info-ya istinadən xəbər verir ki, axtarışda olan "qanuni oğru"lar arasında azərbaycanlılar da var.

Bunlar Əmirov Rafet Əlirza oğludur. Kriminal aləmdə Rafet Əli-Bayramlinski kimi tanınır. 1979-cu il təvəllüdlüdür, 2014-cü ildə "taclandırılıb". Bəzi məlumatlara görə, 1 il sonra statusu geri alınıb. Ancaq bu məlumatı özü inkar edir.

Axtarışda olduğu deyilən digər azərbaycanlı "qanuni oğru" Əliyev Yusif Nurəddin oğludur. Ləqəbi Yusif Şamxorskidir.

1971-ci ildə Şəmkirdə doğulub.2008-ci ildə Moskvada status alıb. Axtarışdakı üçüncü "qanuni oğru" İsmayılov Rəşad Məmməd oğludur. 1978-ci ildə Gəncədə doğulub və  2013-cü ildə Moskvada "taclandırılıb".

Qeyd edək ki, hazırda axtarışda olan 15 "qanuni oğru" arasında Bakı ermənisi də var. Bu, Artur Qəribyandır. 1974-cü ildə Bakıda doğulan "oğru" 2001-ci ildən status alıb.

Milli.Az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13