Çinin hegemonluğu Yaponiyanı təşvişə saldı
Dünya
28 İyul 2017 15:12

Çinin hegemonluğu Yaponiyanı təşvişə saldı


Yaponiya mətbuatı Çinin son zamanlar regionda hegemonluğuna özünəməxsus şəkildə yanaşan yazılar dərc edib.

Metbuat.az xəbər verir ki, Yaponiya mətbuatı Çinin hegemonluğunu Donald Trampın başının ABŞ intriqalarına qarışması ilə əlaqələndirib.

“Çin bu məqamdan istifadə edərək təsir dairəsini artırmağa çalışır. Pakistanda və Orta Asiyada möhkəmlənmək üçün külli miqdarda vəsait xərcləyir. Yeni bazarlar əldə etmək üçün “İpək Yolu” proyektini işə salmaq istəyir” - deyə sərlövhəli yazı dərc olunub.

Qeyd edək ki, Yaponiya Çinlə yaxşı münasibətdə olmayan ölkədir. Çinin güclənməsi bu ölkəni də ciddi şəkildə narahat edir. Ümumiyyətlə, Yaponiya mətbuatında anti-Çin əhvalı həmişə güclü olub.

“Məsələnin arxasında fərqli məqamlar dayanır”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

“Məsələnin arxasında heç də Donald Tramp deyil, yapon psixoloji kreativliyindən irəli gələn strateji məqsədlər yatır. Yaponiya Çin məsələsində daim dözümsüzlük nümayiş etdirib. Yapon aristokratiyası Çin hegemonluğunu həzm edə bilmir. Potsdam sülh konfransına əsasən Yaponiya büdcədən hərbi xərclərə 5%-dən artıq pul ayıra bilməz. Yaponiyanın regionda Çindən də qüdrətli bir dövlətə çevrilmək imkanı var. Yaponiya bir növ ABŞ-a mesaj göndərir ki, siz bizim əl-qolumuzu bağlamısınız. Ya Çini buxovlayın, ya da hərbi potensialımızı inkişaf etdirmək üçün məsələyə yenidən baxın. Regionda qüvvələr nisbəti, status-kvo dəyişməsin”.

Dəhşətli müharibə başlaya bilər - Hərbi xərclər durmadan artır-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08