Ağstafada arvadını öldürən şəxs polisə təslim olub
Ölkə
28 İyul 2017 15:16

Ağstafada arvadını öldürən şəxs polisə təslim olub


Ağstafa. 28 iyul. REPORT.AZ/ Ağstafa rayonunda arvadını öldürən şəxs könüllü olaraq polisə təslim olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun rayonun Qırlı kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov həyat yoldaşı 1988-ci il təvəllüdlü Xəyalə Namazovanı bıçaqlayaraq qətlə yetirib. Hadisə qısqanclıq zəminində baş verib.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Rayon ərazisində tikintidə usta işləyən A.Namazov arvadının başqa kişi ilə görüşməsindən şübhələnib. Səhər saatlarında məsələ ilə bağlı mübahisə yaranıb və bu zaman ona bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib. 

Hadisəni törədən şəxs polisə könüllü olaraq təslim olub

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13