Ukrayna daxili işlər nazirinin müavini rüşvət alarkən tutulub
Dünya
28 İyul 2017 16:01

Ukrayna daxili işlər nazirinin müavini rüşvət alarkən tutulub


Bakı. 28 iyul. REPORT.AZ/ Ukrayna hüquq-mühafizə orqanları ölkənin daxili işlər nazirinin müavini Vadim Troyanı 77,2 min dollar rüşvət almaqda şübhəli bilərək tutub.
“Report” UNN agentliyinə istinadən xəbər verir ki, Ukrayna daxili işlər naziri Arsen Avakovun müavini Vadim Troyan rüşvət alarkən tutulub.
Məlumata görə, bir müddət əvvəl Arsen Avakov dövlətin yuxarı eşalonunda cinayətkarlığın yolverilməz olduğunu bildirib.
Xatırladaq ki, bu günlərdə Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixeil Saakaşvili ilə Arsen Avakov arasında münasibət gərgin olub. 2015-c il dekabrın 16-da Ukrayna prezidenti Pyotr Poroşenko başçılığı ilə keçirilən müşavirədə daxili işlər naziri Arsen Avakovla Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili arasında münaqişə baş vermişdi.
Həmin müşavirədə onlar bir-birini təhqir edərək "korrupsioner" adlandırmışdılar.
A.Avakov çıxış edən zaman M.Saakaşvili bir neçə dəfə onun sözünü kəsmişdi. M.Saakaşvili daxili işlər nazirini korrupsiyada və rüşvət almaqda ittiham etmişdi. Bundan sonra A.Avakov qarşısındakı su bakalını Odessa vilayətinin qubernatoruna tərəf atmışdı. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08