Tavanın üstündə oturan hambal kimdir?
Ölkə
28 İyul 2017 16:02

Tavanın üstündə oturan hambal kimdir?


Bilmirəm. Axı, hər bir xalq öz yaxşısı və pisi ilə dünya xalqları arasında özünə görə bir xalqdır. Hələ lap uşaq yaşlarımızdan bizə örnək kimi tanıdılan xalq qəhrəmanlarımız, sərkərdələrimiz, şairlərimiz nədən bu gün gözdən, könüldən salınır? Babək, Şah İsmayıl Xətayi, Nizami, o cümlədən XX əsrdə yazıb yaratmış neçə-neçə şair və yazıçılarımız, ümumiyyətlə bütün tarix boyu olan şəxsiyyətlərimiz nədən hörmətdən salınırlar? Əgər hansısa "qələm sahibi" və ya "siyasətbaz"ın bu işdə nə isə məqsədi varsa, bununla özünü "ucaltmaq" istəyirsə, onda vay onun halına.  

Jurnalist, jurnalist etikasının təməl prinsiplərinə - obyektivlik, vicdanlılıq və qərəzsizliyə mütləq riayət etməlidir. Yəni "düzü-düz, əyrini-əyri" yazmalıdr. Əlbəttə, insan taxt-tacda əyləşmiş şah da ola bilər, tavanın üstündə oturmuş hambal da... Onu olduğu kimi dəyərləndirmək və ya qiymətləndirmək əxlaqdandır. 

Baxın, əsgər xidmətə başlayanda hərbi and, həkim diplom alanda Hippokrat andı, ölkə prezidentləri seçkidən sonra Konstitusiyaya və müqəddəs kitablara and içdikləri halda, amma peşəkar jurnalistlər Jurnalist etikasına and içmədən ona sadiq olacaqlarını özlərinə ən müqəddəs borc hesab edirlər. Ancaq burada bir məqamı unutmaq olmaz; əgər söhbət milli mənafedən gedirsə, bu zaman jurnalistin vətəndaşlıq mövqeyi etikadan bir pillə yuxarıda dayanır və dayanmalıdır! 

Əgər özünü dünyaya demokratiya atasıtək təqdim edən ABŞ-ın CNN kimi dünyaca məşhur bir telekanalı istədiyi zaman dövlət mənafeyindən çıxış edə bilirsə, burada heç kimi günahlandırmaq olmaz. Çünki Vətən, torpaq, dövlətçilik, bir sözlə milli maddi və mənəvi dəyərləri qorumaq hər bir vətəndaşın vicdan borcudur.

Sosial şəbəkədə dostluğumda Ozan Yozman (Rüstəm Kəsəmənli) adlı bir ziyalı var. Allah onu həmişə də var etsin... Mən, bu dostumun video söhbətlərinə dəfələrlə qulaq asmışam. Hər dəfə də qulaq asanda ondan nə isə yeni bir şey öyrənmişəm. Ən azı onu öyrənmişəm ki, böyük Səməd Vurğunun "26-lar" poemasında "tavanın üstündə" oturan hambal hansısa bir fərd yox, elə bütöv bir xalq olaraq biz olmuşuq.  


Həqiqətən də adam bu ziyalını dinləyəndə elə bilin bizimlə eyni vaxtda - müasir dövrdə yaşayan yox, adı ruhumuza hopmuş tarixi ozanlardan biri, yəni təsəvvürümüzdə olan əsl bir ozan danışır...  

Ürəyə yatımlı səs tembri, mövzuya uyğun temp, seçilmiş mənzərə - axar su, ətrafdakı yaşıllıq, əynindəki sadə libas, bir sözlə bütün bunlar hamısı bir-birini tamamlayır.  

Ozan Yozmanın məntiqinin güclü olması, poeziyanı duymaq, onu incələmək, obrazları xırdalığına qədər təhlil etmək bacarığı bu hörmətli ziyalımızın gəlimli-gedimli dünyada olan ən böyük varı, dövləti, mülkü, imarətidir desəm, bəlkə də yanılmaram. Adam ona qulaq asdıqca, düzü istəyir ki, elə o, danışdıqca danışsın...  

Mübariz Azərbaycanlı / Jurnalist

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22