Bakıya uçan təyyarədə problem yarandı
Ölkə
28 İyul 2017 16:04

Bakıya uçan təyyarədə problem yarandı


İyulun 28-ə keçən gecə Kazan-Bakı reysində problem yaşanıb.

Milli.Az xəbər verir ki, Kazandan Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi Kazan hava limanından qalxarkən ikinci pilotun üzərinə lazer işığı salınması ilə bağlı Trend-ə açıqlama verən AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski xəbəri təsdiqləyib.

P.Kəsəmənski bildirib ki, təyyarə uçuş-enmə zolağında havaya qalxmağa hazırlaşarkən naməlum şəxs tərəfindən ikinci pilotun gözünə lazer işığı salınıb. Onun sözlərinə görə, təyyarə ekipajı tərəfindən hadisə ilə bağlı dərhal dispetçer məntəqəsinə xəbər verilib: "Təyyarə problemsiz uçuş həyata keçirərək Bakıda hava limanına eniş edib".

Mətbuat katibi qeyd edib ki, təyyarədə 166 sərnişin və 9 ekipaj üzvü olub, heç kim xəsarət almayıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13