Rusiya 2018-ci ildən xalis borcalan ölkəyə çevrilə bilər
İqtisadiyyat
28 İyul 2017 16:06

Rusiya 2018-ci ildən xalis borcalan ölkəyə çevrilə bilər


Bakı. 28 iyul. REPORT.AZ/ Ənənəvi olaraq kreditor kimi çıxış edən Rusiya, 2018-ci ildən xalis borcalan ölkəyə çevrilə bilər. "Report" "RBC" agentliyinə istinadən xəbər verir ki, bu barədə Analitik Kredit Reytinq Agentliyinin (AKRA) ekspertləri məlumat yayıb. AKRA-nın hesabatında bildirilir ki, əgər 2008-ci ildə büdcə ehtiyatları Rusiyaya xalis kreditor olmaq imkanı yaradırdısa, Ehtiyat Fondunun xərclənməsi və büdcə kəsirinin uzunmüddətli maliyyələşdirilməsinə üstünlük verilməsi 2017-ci ildə onu xalis borcalana çevirəcək.
AKRA ekspertləri bu nəticəyə Rusiyanın xalis kreditor mövqeyinin dinamikasının son illərdə azalması ilə əsaslandırırlar. Belə ki, 2017-ci il yanvarın 1-nə xalis kreditor mövqeyi son 10 ilin minimal səviyyəsinə çatıb və 1,1 trln. rubl (18,4 mlrd. ABŞ dolları) təşkil edib. Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə bu göstərici 5,7 trln. rubl (84 mlrd. dollar) olub. Xalis kreditor mövqeyinin azalmağa başlamasına səbəb Rusiya hökumətinin iqtisadiyyatı dəstəkləmək üçün büdcədən xərcləri artırması olub. AKRA bildirir ki, hətta neft qiymətlərinin baha olduğu 2011-2014-cü illərdə Rusiya hökuməti valyuta ehtiyatı toplamayıb. 2014-cü ildən sonra isə ehtiyatlardan büdcə kəsirinin örtülməsi üçün istifadəyə başlanılıb.
AKRA-nın araşdırma və proqnozlaşdırma qrupunun rəhbəri Natalya Proxorova hesab edir ki, 2018-ci ildə Rusiyanın kredit mövqeyi mənfiyə çevriləcək və yığılan aktivlərin 1%-ni təşkil edəcək. Agentliyin fikrincə, Rusiya xalis borcalan statusunda iki ilə yaxın qalmalıdır. Sərt büdcə siyasəti onun yenidən xalis kreditora çevrilməsinə kömək edəcək. Hazırda ÜDM-in 4%-nə bərabər olan ehtiyatlar isə, 2020-ci ilə 6%-ə çatacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08