Azərbaycanlı memarın əl işi bütün türkləri heyran qoydu - FOTOLAR
Mədəniyyət
28 İyul 2017 16:18

Azərbaycanlı memarın əl işi bütün türkləri heyran qoydu - FOTOLAR


Türkiyənin Kırşehir şəhərində azərbaycanlı memar tərəfindən dizayn edilən məscid qarşıladığı bütün qonaqları valeh edir.

Publika.az xəbər verir ki, bu məscidin özəlliyi çəmən otlarını xatırladan döşəməsi, tavanındakı göy üzü rəsmləri və divarlardakı ağac rəsmləridir.

1910-cu ildə kərpicdən kiçik bir məscid formasında tikilən bina hazırda Həmidiyyə adını daşıyır.

Azərbaycanlı bir memar tərəfindən daxili dizayn edilən və bu il yenidən istifadəyə verilən məsciddə ibadət edən müsəlmanlar özlərini cənnətdə imiş kimi hiss etdiklərini deyib.

Məsciddə "Qurani-Kərimin" "Bəqərə" surəsinin 22-ci ayəsindəki sözlərə uyğun olaraq girişə sarmaşıq ağacları, pəncərə aralarındakı boş divarlara qovaq ağacları, tavana səma və bulud şəkilləri, mehraba şəlalə şəkilləri çəkilib. Döşəməyə isə çəmənlik təəssüratını yaradan yaşıl xalı sərilib. Çöl divarına ərəb dilində “Allah” sözü yazılıb.

Həmidiyyə məscidinin imamı Səfa Əkinçi ibadətə gələn bütün müsəlmanların yeni dizayna heyran qaldıqlarını və burada özlərini çox rahat, fərəhli hiss etdiklərini deyib.

Zümrüd









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08