ABŞ iqtisadiyyatında artım proqnozları üstələyə bilməyib
İqtisadiyyat
28 İyul 2017 16:46

ABŞ iqtisadiyyatında artım proqnozları üstələyə bilməyib


Bakı. 28 iyul. REPORT.AZ/ ABŞ iqtisadiyyatı bu ilin II rübündə faktiki olaraq 2,6% artım göstərib. 
"Report" xəbər verir ki, bu, ekspertlərin proqnozları ilə üst-üstə düşüb. 
Nəticədə, bu ilin yekunu etibarı ilə ÜDM-in artım tempi proqnozu 2,5%-dən aşağı enib. Bu da, 2017-ci il üçün iqtisadi artım sürətinin ABŞ Prezidenti Donald Trampın 3% hədəfindən xeyli aşağı olacağını göstərir. Bu səbəbdən, FED-in monetar siyasətini sərtləşdirməsi ehtimalları bir qədər zəifləyib. Bu da dolların ucuzlaşmasına gətirib çıxarıb. Hazırda avro/dollar cütlüyünün məzənnəsi 0,6% artımla 1,1747 USD/EUR səviyyəsinə çatıb.
"Report"un analitik qrupu yaxın 6 ayda USD/EUR məzənnəsinin 1,15-1,20 diapazonunda qalacağını ehtimal edir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13