Bakıda ögey qızını döyərək öldürməkdə təqsirləndirilən şəxs: "Uşağı anası döyürdü"
Ölkə
28 İyul 2017 17:11

Bakıda ögey qızını döyərək öldürməkdə təqsirləndirilən şəxs: "Uşağı anası döyürdü"


Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını döyərək öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.
O, ifadəsi zamanı özünü günahkar bilmədiyini söyləyib: "Mənə qarşı irəli sürülmüş ittihamla özümü təqsirli bilmirəm. Baş verən hadisə ilə heç bir əlaqəm olmayıb. Həmin gün uşaq həyətdəki pilləkandan ayağı sürüşərək yıxılıb. Bu əməli mən törətməmişəm. Günahsız yerə burdayam. Düzdür, səhvim var. Amma uşağın ölümünə səbəb olmamışam. Heç 6 yaşlı uşaq ləyəndə su gətirib, qaldıra bilərdi? Hadisə günü mənim öz qızım Həcər də evdə olub. Xahiş edirəm qızım yenidən məhkəməyə gətirilsin və ifadə versin. Qızım mənim günahsız olduğumu deyir. Keçmiş qayınanam uşağı öyrədib ki, məni həbsdə saxlasınlar. Uşaq məcburi şəkildə həmin ifadəni verib ki, guya Ramilə mənim ayağımı yumağa su gətirib”.
E.Hacıyev öz qızını və dünyasını dəyişmiş Ramiləni də döymədiyini bildirib: "Ramiləni anası Samirə döyürdü. Özü də bunu məhkəmədə etiraf elədi. Hadisədən əvvəl qızım Həcər zəng etdi ki, Samirə Ramiləni döyür. Tez evə gəlib, qızını döyməsinin səbəbini soruşdum. Samirə qızından bezdiyini və vaxt gəlsəydi, "Ramiləni də aparıb uşaq evinə qoyardım" dedi. Hətta Samirə mənim qızım Həcəri də döymüşdü. O, yıxılıb qolu əzilmişdi. Hadisədən 9 ay əvvəl Samirəni tanımışam. Onunla ər-arvad münasibətlərində olmamışam. Samirə qızı ilə bizdə qalırdı. Özü işləyib, uşağına baxırdı".
Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası avqustun 1-nə təyin edilib.
Qeyd edək ki, ötən il iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.
Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.
O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13