Azərbaycanda yeni tədris ilinin tətil günləri təsdiqlənib
Ölkə
28 İyul 2017 17:21

Azərbaycanda yeni tədris ilinin tətil günləri təsdiqlənib


Bakı. 28 iyul. REPORT.AZ/ Ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planları təsdiq edilib. 
“Report” xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb.
Əmrin imzalanmasında məqsəd ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir. Əmrə əsasən, Azərbaycanın tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2017-2018-ci dərs ilinə aid tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.
2017-2018-ci dərs ilində ümumtəhsil məktəblərinin I-X sinifləri üçün tədris planına görə, siniflər üzrə həftəlik dərs saatlarının miqdarı ümumilikdə 35 saat müəyyən edilib.
Qeyd olunub ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə - birinci yarımil (15 sentyabr - 26 yanvar), ikinci yarımilə (1 fevral - 14 iyun) bölünür.
Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən edilib. 
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.                                    

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13