Azərbaycanın özünəməxsus quş brendi yaradılıb - FOTO
Ölkə
28 İyul 2017 17:24

Azərbaycanın özünəməxsus quş brendi yaradılıb - FOTO


Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində quşçuluq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri-praktiki bilik və bacarıqlarını yüksəltmək, eləcə də ali təhsil müəssisəsi ilə təsərrüfat sahələri arasındakı əməkdaşlığı gücləndirmək üçün universitet nəzdində Quşçuluq Tədris-Təcrübə Mərkəzi yaradılıb.

Milli.Az salamnews-a istinadən xəbər verir ki, Quşçuluq Tədris-Təcrübə Mərkəzi 3 min cücənin yetişdirilməsi və bəslənməsi üçün ümumi sahəsi 254 kvadratmetr olan müasir tələblərə cavab verir.

Mərkəzin 200 kvadratmetr sahəsində ferma inşa edilib, 30 kvadratmetr ərazidə laboratoriya quraşdırılıb, avadanlıqlarla təchiz olunub. Burada kənd təsərrüfatı quşlarının bəslənməsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində müasir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin reallaşdırılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir diaqnostika üsulları və sair həyata keçirilir.

Quşçuluq Tədris-Təcrübə Mərkəzinin rəhbəri Urfan Turabov deyib: "Hazırda biz Azərbaycana məxsus bir quş brendi yaratmışıq ki, bütün göstərişlərilə cox bir cinslərdən üstündür və bu cinsin Azərbaycan brendi kimi tanınmasını istəyirik".

U.Turabov qeyd edib ki, müasir dövrdə quşları xəstəliklərdən qorumaq və profilaktikası üçün dərman preparatlarından istifadə etməmək qeyri-mümkündür. Hətta bəzi ölkələrdə quşların yemində genetik kodu dəyişdirilmiş simulyator-qida vasitələrinə üstünlük verilir. Lakin bu cür yemləmə ekoloji baxımdan düzgün olmadığı üçün Aqrar Universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində bəslənilən quşların qidalanmasında həmin vasitələrdən istifadə olunmur. Mərkəzdə istifadə olunan preparatlar vitamin və mineral əlavələrdir ki, onların da insan orqanizminə heç bir fəsadı yoxdur.

Mərkəzin rəhbəri  qeyd edib ki, toyuqlar digər göstəricilərinə görə də bir cox cinslərdən üstün olduğu üçün hazırda təsərrüfat sahibləri arasında bu cinsə maraq daha da artmaqdadır.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08