İçəri şəhərdə 59 ədəd patron tapıldı
Ölkə
28 İyul 2017 17:44

İçəri şəhərdə 59 ədəd patron tapıldı


Bu gün saat 09:30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Agentliyə Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, 1-ci Qəsr döngəsi 58 ünvanında 20-30 ədəd patronun aşkar olması barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, ANAMA-dan report-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə söküntü aparılan əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində tikinti qalıqları altından müxtəlif çaplı 59 ədəd patron (9 ədəd 7.62 mm-lik LPS, 5 ədəd 9 mm-lik ″Naqan″ markalı tapança patronu və 45 ədəd 11 mm-lik ″Smith & Wesson Revolver″ markalı tapança patronu) aşkar edilərək götürülüb.

Aşkar olunmuş patronların ətrafında 35 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13