Pivə şüşəsindən məktəb binası inşa etdilər - FOTOLAR
Maraqlı
28 İyul 2017 17:53

Pivə şüşəsindən məktəb binası inşa etdilər - FOTOLAR


Kambocanın paytaxtı Pnompen şəhərində zibilliklərin dolub-daşmasından narahat olan vətəndaş qeyri-adi bir işə imza atıb.

Publika.az xəbər verir ki, Ouk Vendey adlı şəxs pivə şüşələri və digər təkrar emala yarayan materiallardan məktəb binası inşa edib.

Vendeyin inşa etdiyi Kokonat məktəbinin (Coconut school) şagirdləri tullantıların yenidən emalı və əl əməyi mövzularında özəl təlimlər alıb. Bunun sayəsində şəxsi layihələrini asanlıqla reallaşdıra biliblər.

Məktəbin qurucusu O.Vendey çevrədəki çirklənmənin qarşısını almaqla kifayətlənməyib, eyni zamanda uşaqların yaradıcı təfəkkür qabiliyyətlərini inkişaf etdirmək qərarına gəlib. O, bu məqsədlə pivə şüşələri, onların qapaqları, plastik qaşıqlardan yaradıcı və estetik formada istifadə etməyə qərar verib.

Vendey bu məktəbdən gəlir əldə etmir. Ancaq dayanmadan məktəbi dostlarının, universitet tələbələrinin və başqa yardımsevər insanların dəstəyi sayəsində inkişaf etdirməyə çalışır.

Zümrüd








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08