"Polisəm" deyib, internetdə tanış olduğu qadını barda "soydu": oteldə sevgilisi ilə... - FOTO
Dünya
28 İyul 2017 17:54

"Polisəm" deyib, internetdə tanış olduğu qadını barda "soydu": oteldə sevgilisi ilə... - FOTO


Antalyada çoxdan axtarışda olan qatı cinayətkar Əhməd Aslaner tutulub.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 49 cinayət əməlinə görə barəsində həbs qərarı çıxarılan Arslanerin nəfsi bu dəfə başında çatlayıb.

Son cinayət əməli 18 iyul axşamı saat 23:00 radələrində baş verib. Özünü polis olaraq təqdim edən Əhməd Arslaner, internetdən tanış olduğu E.Ü. ilə barda görüşüb. Barda Əhməd Arslanerlə bir müddət spirtli içki qəbul edən qadın, tualetə getmək üçün masadan ayrılıb. Bunu fürsət bilən Əhməd Arslaner iddiaya görə 40 yaşlı qadının çantasından ev və avtomobil açarı, sənədləri, şəxsiyyət vəsiqəsini, mobil telefon və 170 TL-sini götürüb, bardan çıxıb.

E.U. başına gələnləri polisə danışıb. Təhlükəsizlik əməkdaşları istintaqa başlayıblar. Barda olan təhlükəsizlik kameraları və internet yazışmalarını təqib edən polis özünü "polis məmuru Hüseyn Bayer" olaraq tanıdan şəxsin Əhməd Arslaner olduğunu müəyyən edib. 

Əməliyyat təşkil edən polis Əhməd Arslaner və yanında "Seda Balkaner" adında saxta şəxsiyyət olan 48 yaşlı Özbəkistan vətəndaşı Huşdila Sultanhucayvanı nəzarətə alıb.

49 müxtəlif cinayət əməlinə görə barəsində həbs qərarı çıxarılan Arslanerin 53 il 8 ay həbs, 61 min 720 TL pul cəzasının olduğu ortaya çıxıb.

Məhəmməd Vaqif

Mili.Az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13