Litvada Mixail Saakaşviliyə vətəndaşlıq verilməsi təklif olunub
Dünya
28 İyul 2017 18:01

Litvada Mixail Saakaşviliyə vətəndaşlıq verilməsi təklif olunub


Bakı. 28 iyul. REPORT.AZ/ Litvanın sabiq deputatı, Avropa Parlamentinin deputatı Pyatras Auştryaviçus Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Litva vətəndaşlığının verilməsi imkanlarını nəzərdən keçirməyi təklif edib. 
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Çərşənbə günü Ukraynanın miqrasiya xidməti bildirib ki, Prezident Petro Poroşenko Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.
P.Auştryaviçus həmçinin P.Poroşenkonu bu qərarını yenidən qiymətləndirməyi təklif edib. Litvalı siyasətçinin fikrincə, ilk növbədə, M.Saakaşviliyə Litvada yaşamaq icazəsini vermək olar: "Gürcüstanın sabiq lideri burada siyasi analiz, məsləhətləşmələr üzrə təşkilat yarada bilər, Litva vətəndaşlığı isə ona Avropada işləməyə imkan verəcək".
"Litva vətəndaşlığının verilməsi kompleks məsələdir, bu məsələnin hüquqi tənzimlənməsi ciddidir, lakin mən belə imkanın olduğunu düşünürəm", - Avropa Parlamentinin deputatı bildirib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13