"Oğlum mənə görə evlənmir" - Qızının toyunda iştirak edə bilməyən 9 illik məhkum - VİDEO - FOTO
Ölkə
28 İyul 2017 18:04

"Oğlum mənə görə evlənmir" - Qızının toyunda iştirak edə bilməyən 9 illik məhkum - VİDEO - FOTO


Milli.Az bildirir ki, ARB TV-nin "Rezonans" verilişi  bu dəfə 9 il müddətinə azadlıqdan məhrum olunmuş İbrahimov İman Həsən oğlunun həyat hekayəsini təqdim edib.

İman İbrahimov (cəzası: 9 il): "10 dekabr 1961-ci ildə Keçmiş Sovetlər Birliyinin Ermənistan Respublikasında anadan olmuşam. Bir neçə nəfəri işə düzəltmək adıyla onlardan pul aldım ki, sizi iş düzəldəcəm. Elə alındı ki, iş alınmadı. Hadisə vaxtı cəmi vurulan məbləğ 10 min 400 manat olmuşdur və hamısı ödənilmişdir. Zərərçəkənlər də yazılı şəkildə müraciət eləmişdi ki, bizim şikayətimiz yoxdur, xahiş edirik ki, yüngül cəza verilsin. Bəzi hakimlər də var ki, heç nəyi nəzərə almadan "yaxşı" cəza verirlər. 9 il azadlıqdan məhrum elədilər. Bu gün mən bir Azərbaycan oğlu kimi kənarda qala bilmərəm. Mənim ən böyük arzum odur ki, bu gün cəzaçəkmə müəssəsində cəza çəkib kənarda qalmaqdansa, Azərbaycan üçün bir iş görə bilim. Mən ona görə deyirəm ki, istəyirəm, bu gün Azərbaycanın bayrağını Yerevanda, Ermənistanın prezdentinin igamətgahının üzərində asım. Bu gün mən çox əzab çəkirəm . Fikirləşirəm ki, mənimlə işləyənlər,  mənimlə çalışanlar haralardadır, hansı vəzifələrdədir, ancaq bu gün mən dustağam. Rəhmətlik anam deyirdi ki, bala, bəlkə, başına başqa iş gələcəkmiş, bununla oldu. Hər dəqiqə mən bu peşmançılığı çəkirəm. Mən hər dəfə övladlarımla, nəvələrimlə danışanda aylarla özümə gələ bilmirəm. Bəzi məhkum yoldaşlarım məndən inciməsin, bugünkü gün kişi öz evində olmalıdır. Ən böyük günahkar mən özüməm. Mən də bir vaxtlar göstərişlər verirdim. Biz əsgərlə işləmişik. Amma mən hər şeyi bilirəm, başa düşürəm ki, hər sahənin öz qanun-qaydası var. Cəzaşəkmə müəssəsindən anlayışı olmayan kənarda gedəndə belə baxıb deyir ki, yəqin burada dustaqları döyürlər. Amma yox, belə deyil. Mən sizi inandırım ki, yeni təyin olunmuş rəis məhkumların içindən çıxmır. Gündüz gedib daş daşısınlar, ən ağır işlərdə işləsinlər, gecə ailələrinin yanında xoşbəxt yaşasınlar. Azadlıqdan gözəl şey yoxdur həyatda. Allah insana 5-10 il ömür verir, onu da gəlib bu 4 divar arasında  keçirəndə fikirləşirsən. Bəzən bunu çəkə bilmirsən. Mən dəfələrlə demişəm ki, Allah heç kimi burada öldürməsin. Çölə çıxanda deyirlər ki, nəsə bir iş gördü, vurub öldürdülər, öz əcəli ilə ölməyib. Mən çox şeyi itirdim. Qızım ailə qurdu, toyunda iştirak etmədim. Mən həyat yoldaşıma da, qardaş-bacıma da dedim ki, mənə toyun vaxtını deməyin. Çünki bu, dözülməz haldır. Dedim ki, o günü  mən bilməsəm yaxşıdır. Mənim əsgər yoldaşımın oğlu ilə ailə həyatı qurub. Oğlum Naxçıvanda hərbi xidmətini çəkib, gəlib. Qızım 2 gün əvvəl mənə dedi ki, Turalın istədiyi var. Deyir, atam çıxmamış olmaz. Ona da dedim ki, mən istəmirəm ki, sən öz xoşbəxtçiliyini mənə qurban verəsən. Anam dünyasını dəyişdi, mən onun hüzüründə iştirak etmədim. Bəlkə də mən həbsxanaya düşməsəydim, anam 10 il də yaşayardı. Mən özüm özümü bağışlamıram. Qardaşlarım, bacılarım mənə deyir ki, İman, sən tutulmasaydın, anam 10 il də yaşayardı. Bu şeyləri mən heç vaxt özümə bağışlamıram. Bacılarım görüşə gəlmişdi. Mənə demədilər. Üstündən 20 gün keçmişdi, görüşə gəldilər. Baxdım ki, bacımın başında yaylıq. Dedim nə məsələdir? Demədilər. Qəfildən dedilər ki, anamı itirdik. Bir övlad ki, anası dünyasını dəyişəndə məzarında, övladının toyunda iştirak eləmədi, o, adamı mən adam saymıram. Özümə görə deyirəm. Buradan çıxandan sonra 3 gün anamın qəbri üstündə keşik çəkmək fikrim var. Mən özüm törətdiyim əməlin səmimi peşmançılığını etiraf edirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08