Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Ölkə
28 İyul 2017 18:11

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib


Bakı. 28 iyul. REPORT.AZ/ Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Şuradan "Report"a verilən məlumata görə, toplantını giriş sözü ilə açan komissiya sədri, MŞ sədrinin müavini Müşfiq Ələsgərli gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda öncə "Oba" MMC-nin "Anaxeber.az" saytına qarşı şikayətinə baxılıb. Müzakirələr gedişində rəyə gəlinib ki, "Anaxeber.az" saytı "Oba" MMC-yə məxsus marketlə bağlı material təqdim edərkən peşə davranışı qaydalarını pozub. Sayt qarşı tərəfin mövqeyini öyrənməyib. Buna görə də ona təkzib mətninin dərci tövsiyə olunub.
Bakı şəhər sakini Zülbalıyev Asim İslam oğlunun "Son söz" qəzeti və "Milli.TV" saytı ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, eyni mərkəzdən idarə olunan iki media orqanının bu və ya digər şəxslər arasındakı konfliktli durumları işıqlandırmaq tərzi heç də peşə prinsiplərinə uyğun gəlmir. Burada qarşı tərəfin mövqeyi nəzərə alınmır. Eyni zamanda cavabdeh özünün kütləvi informasiya vasitəsi kimi statusunu müəyyənləşdirə bilmir. Buna görə də "Son söz" qəzeti rəhbərliyinə fəaliyyətində ciddi dönüş yaratmaq tövsiyə olunub.
Bakı şəhərinin Suraxanı rayonunun sakini Yelena Smakinanın "İnterpress.az" saytı ilə bağlı şikayətinin müzakirəsi sonrası belə rəyə gəlinib ki, sözügedən sayt Y.Smakina haqqındakı materialın həcmi qədər təkzib mətni yayımlamalıdır.
Vətəndaş Gülşən Tofiqqızının müxtəlif kütləvi informasiya vasitələrində yer almış müsabihələr və digər janrlı materiallarda məşhur Azərbaycan milyonçusu Musa Tağıyevlə bağlı tarixi faktların saxtalaşdırıldığını iddia edən şikayəti ətrafında gedən müzakirələrin yekununda komissiya bu qənaətə gəlib ki, G.Tofiqqızına haqqında söz açdığı həqiqətlərin ictimaiyyətə açıqlaması üçün müvafiq şərait yaradılmalıdır. Mövcud xüsusda Mətbuat Şurasının şikayətçiyə müvafiq kömək göstərəcəyi bildirilib.
İclasda "Azərkontrakt" Səhmdar Cəmiyyətinin Avtomobil Nəqliyyatı Təsərrüfatı kollektivinin "Təzadlar" qəzetinin saytında yayımlanmış materialla bağlı şikayəti də müzakirə olunub. Qəzetə məsələyə dair təkzib mətninin dərci tövsiyə edilib.
Beyləqan şəhər sakini Zeynalov Anar Ədalət oğlunun "Xalqınsesi.com" saytına qarşı şikayətinin Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclasında müzakirəsi qərara alınıb.
"Qafqaz" Xəbər Agentliyinin "Topxeber.com" və "Pressday.az" saytlarına qarşı şikayəti tərəflər arasında anlaşma əldə olunduğu üçün qapanmış sayılıb. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08