4 övlad anası bu fotodan şoka düşüb - FOTO
Maraqlı
28 İyul 2017 18:24

4 övlad anası bu fotodan şoka düşüb - FOTO


34 yaşlı Laura Klark 4 övlad anasıdır. O, indi təlaşdadır, narahatdır. Səbəb isə kiçik oğlu, 3 yaşlı Teo ilə çəkildiyi fotodur.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Şimali İrlandiyanın mərkəzi Belfastda yaşayan Laura "Ölülər Günü" bayramını evində qeyd edərkən bu fotoya çəkilib.

Sonradan fotoya baxan Laura çox qorxub. Çünki onun qucağındakı oğlunun, balaca Teonun üç ayağı vardı. Üstəlik, kadrda "əlavə" əl də aşkar görünür.

Lauranın fikrincə, "Ölülər Günü" çəkilmiş foto onun mərhum əri Terrinin "mesaj"ıdır.

"Fotonu bacım Lora çəkdi. Sonra bacım, onun əri Riki və mən fotoya baxanda heyrətləndik. Düşünürəm ki, Teo doğulandan sonra vəfat etmiş Terri mənə nəsə demək istəyir", - Laura Klark deyib.

Laura Klarkın Harli, Oskar, Cek və Teo adlı 4 oğlu var.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08