Azərbaycan Memarlıq və İnşaat Universitetində qabiliyyət imtahanları başlayıb
Ölkə
28 İyul 2017 18:36

Azərbaycan Memarlıq və İnşaat Universitetində qabiliyyət imtahanları başlayıb


Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetində 2017/2018-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarına (I və V qruplar) iyulun 25-dən start verilib və proses avqustun 3-də yekunlaşacaq. 
Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, indi bir çox ali təhsil müəssisələrində qabiliyyət imtahanları keçirilir, xüsusi qabiliyyət tələb olunan ixtisasları seçən abituriyentlər iki mərhələdən keçərək tələbə adını qazanmaq uğrunda mübarizə aparırlar.
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) I və V ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər bu gün Memarlıq və dizayn istiqaməti üzrə imtahan veriblər. Universitetin Qəbul komissiyasından aldığımız məlumata görə, imtahanda memarlıq ixtisasını seçən 157, dizayn ixtisasınını seçən 400-dən artıq abituriyent iştirak edib. Rəsmxətt imtahanlarını bitirən abituriyentlər iyulun 29 və 30-da rəsm imtahanında özlərini sınayacaqlar. Qabiliyyət imtahanında Dövlət İmtahan Mərkəzinin məsul nümayəndəsi Əsma İbrahimova iştirak edir.
Memarlıq və dizayn istiqamətləri üzrə keçirilən qabiliyyət imtahanında ortaya çıxan problemləri, imtahanın nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Münaqişə komissiyası fəaliyyət göstərir. Bu günə qədər komissiyaya 7 şikayət daxil olub, komissiya üzvləri abituriyentlərin şikayətlərinə həssas yanaşaraq obyektivliyi təmin edirlər.
Məlumat üçün qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağıdakı 5 istiqamətədaxildir: təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman. Yalnız memarlıq ixtisası I ixtisas qrupuna daxildir, yerdə qalanlar isə V qrupun ixtisaslarıdır. 





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08