Sumqayıtda polislər yanğın zamanı ana və azyaşlı övladının həyatını xilas ediblər
Ölkə
28 İyul 2017 18:36

Sumqayıtda polislər yanğın zamanı ana və azyaşlı övladının həyatını xilas ediblər


Bakı. 28 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində polislər yanğın zamanı mənzildə köməksiz vəziyyətdə qalmış ana və azyaşlı övladının həyatını xilas ediblər. 
DİN-dən "Report"a verilən məlumata görə, bu gün səhər saatlarında Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 58 kvadratmetr olan mənzildə yanğın hadisəsi baş verib.
Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Post Patrul Xidməti Taborunun (PPXT) əməkdaşları hadisə yerində ictimai asayişi təmin etmək üçün əraziyə göndəriliblər. Polis serjantları Əfsər Baxşəliyev və Bəxtiyar Əliyev həyatlarını təhlükəyə ataraq alovların arasında huşlarını itirmiş mənzil sahibi - Sünbül Əliyeva və onun azyaşlı övladı Aylini xilas ediblər.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və övladının vəziyyəti normal olsa da, qatı tüstüdən zəhərlənən polis əməkdaşları təcili olaraq intensiv terapiya şöbəsinə yerləşdirilib. 







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13