Baş Prokurorluq agentlik rəhbərliyinə xəbərdarlıq etdi
Ölkə
28 İyul 2017 18:43

Baş Prokurorluq agentlik rəhbərliyinə xəbərdarlıq etdi


Baş Prokurorluqda aparılmış araşdırmalarla "Moderator.az" informasiya agentliyinin internet saytında qərəzli və dəqiqləşdirilməmiş informasiyalar dərc edildiyi müəyyənləşib.

Ötən dövrlər ərzində kütləvi informasiya vasitələrinə sensasiya naminə yalan, qərəzli və dəqiqləşdirilməmiş digər məlumatların heç bir lüzum olmadan yayılmaması tövsiyə edilməsinə baxmayaraq, "Moderator.az" informasiya agentliyi bundan heç bir nəticə çıxarmayıb.

Qeyd edilənlərlə əlaqədar agentliyin baş redaktoru Zülfüqar Hüseynzadə və redaktoru Seymur Əliyev Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətlərinə çatdırılmaqla, gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. (Report)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08