Yevlaxda meşə ərazisində çətənə kolu aşkar olunub və məhv edilib
Ölkə
28 İyul 2017 19:06

Yevlaxda meşə ərazisində çətənə kolu aşkar olunub və məhv edilib


Bakı. 28 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun meşə ərazisində birgə reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən mlumata görə, reyd zamanı Cırdaxan meşəbəyliyinin 6 saylı dolayında 13 ədəd yabanı halda bitən çətənə kolu aşkar olunub və yandırılaraq məhv edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində mütəmadi reydlər keçirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08