Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 32 919 nəfər təşkil edir
Ölkə
28 İyul 2017 19:46

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 32 919 nəfər təşkil edir


Bakı. 28 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 32 919 nəfər təşkil edir. 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, onlardan 87,8 faizini kişilər, 12,2 faizini qadınlar təşkil edir.
Fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan əcnəbilər sırasında say baxımından ilk yerləri Тürkiyə (14 799 nəfər), Gürcüstan (3 286 nəfər) və Rusiya (2 108 nəfər) vətəndaşları tuturlar. Eyni zamanda sistemdə Özbəkistandan (1 764 nəfər), Hindistandan (1 476 nəfər), İrandan (1 011 nəfər), Çindən (927 nəfər), Banqladeşdən (871 nəfər), Pakistandan (746 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından (715 nəfər), Ukraynadan (610 nəfər), Türkmənistandan (330 nəfər), Filippindən (376 nəfər), ABŞ-dan (264 nəfər), Almaniyadan (250 nəfər), Qazaxıstandan (264 nəfər), İtaliyadan (216 nəfər) və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.
2006-cı il yanvarın 1-dən Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi Azərbaycan vətəndaşları ilə bərabər, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarına da öz fərdi hesablarında pensiya kapitalı toplamaq, bununla da gələcəkdə pensiya və sosial təminat hüquqlarının yaranması üçün əsas formalaşdırmaq imkanı verib.
Fərdi uçot sistemində qeydiyyata olan şəxslərin ümumi sayı isə 1 iyul 2017-ci il tarixinə 3 milyon 496 min 678 nəfər təşkil edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13