Azərbaycanın boks yığması dünya çempionatına hazırlığı davam etdirir
İdman
28 İyul 2017 19:54

Azərbaycanın boks yığması dünya çempionatına hazırlığı davam etdirir


Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı davam etdirir.

Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, komanda təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Yığmamız məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər korpusu bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcək. Toplanışa 9 boksçu cəlb edilib. Onlardan 5-i mundialda iştirak edəcək idmançılarımızdır. Bu mərhələ avqustun 8-də başa çatacaq.

Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaqlar.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13