Boksçularımız dünya çempionatına hazırlaşır
İdman
28 İyul 2017 19:58

Boksçularımız dünya çempionatına hazırlaşır


Azərbaycanın kişi boksçulardan ibarət millisi dünya çempionatına hazırlığı davam etdirir. Komandamız təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Publika.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yığma məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər korpusu bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcəklər. Toplanışa 9 boksçu cəlb olunub. Onlardan 5-i mundialda iştirak edəcək idmançılardır. Bu mərhələ avqustun 8-də başa çatacaq.

Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaqlar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13