Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib - Yaponiyanın iqtisadi zonası istiqamətində
Dünya
28 İyul 2017 20:34

Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib - Yaponiyanın iqtisadi zonası istiqamətində


Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib. Milli.Az APA-ya istinadən xəbər verir ki, raket Yaponiyanın iqtisadi zonası istiqamətində buraxılıb.

Raket buraxılışı faktı Cənubi Koreyanın hərbi qurumları tərəfindən təsdiqlənib. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsini məlumatına görə, ballistik olduğu ehtimal edilən raket yerli vaxtla 23.41-də (Bakı vaxtı ilə 18.41-də) Şimali Koreyanın Çaqando əyaləti ərazisindən Yapon dənizi istiqamətində buraxılıb.
 
Pentaqon Şimali Koreyanın ballistik raketi buraxdığını qeydə aldığını bəyan edib. ABŞ Müdafiə Nazirliyi bundan əvvəl KXDR-in iyulun 27-də Koreya müharibəsinin başa çatmasının ildönümü  münasibəti ilə raket sınağı keçirəcəyini proqnozlaşdırmışdı.
 
Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları insidentlə əlaqədar təcili iclas çağırıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08