Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib
Dünya
28 İyul 2017 20:43

Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib


Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, raket Yaponiyanın iqtisadi zonası istiqamətində buraxılıb.

Raket buraxılışı faktı Cənubi Koreyanın hərbi qurumları tərəfindən təsdiqlənib. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin məlumatına görə, ballistik olduğu ehtimal edilən raket yerli vaxtla 23.41-də (Bakı vaxtı ilə 18.41-də) Şimali Koreyanın Çaqando əyaləti ərazisindən Yapon dənizi istiqamətində buraxılıb.

Pentaqon Şimali Koreyanın ballistik raketi buraxdığını qeydə aldığını bəyan edib. ABŞ Müdafiə Nazirliyi bundan əvvəl KXDR-in iyulun 27-də Koreya müharibəsinin başa çatmasının ildönümü münasibəti ilə raket sınağı keçirəcəyini proqnozlaşdırmışdı.

Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları insidentlə əlaqədar təcili iclas çağırıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13