Yeniyetmələrin Avropa Olimpiya Festivalında velosiped yarışları başa çatıb
İdman
28 İyul 2017 20:44

Yeniyetmələrin Avropa Olimpiya Festivalında velosiped yarışları başa çatıb


Macarıstanın Gyor şəhərində keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında velosiped idmanı üzrə mübarizəyə yekun vurulub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Milli.Az-a verilən məlumata görə, yarışda 2 oğlan və 3 qız velosipedçimiz iştirak edib.

44 km məsafəyə qrup ötüşməsində iştirak edən qızlarımız içərisində ən yüksək nəticəyə Elfanə Camalova imza atıb - o qalibdən cəmi 27 saniyə geri qalıb. Təəssüf ki, havanın yağışlı olması səbəbindən yarış zamanı kifayət qədər toqquşmalar baş verib və liderlər qrupunda olan digər 2 idmançımız Validə Cabbarova ilə Ayan Xankişiyeva qəzadan qaça bilməyib. Zədələnmələrinə və kifayət qədər vaxt itirmələrinə baxmayaraq hər 2 velosipedçimiz mübarizəni sonadək davam etdirərək finiş xəttinini pelotonda keçə biliblər.

Anoloji hadisə oğlanların 72 km məsafəyə yarışında da baş verib - burada toqquşma zamanı yıxılmaqla kifayət qədər vaxt itirən, amma buna rəğmən məsafəni başa vurmağı bacaran Qadir Mustafayev olub. Digər idmançımız Nəcəf Bağırov isə yarışı 30-cu pillədə bitirib ki, bu da kifayət qədər yaxşı göstəricidir.

Diqqəti cəlb edən əsas məqam velosiped idmanı ilə peşəkar şəkildə cəmi bir neçə ay əvvəl məşğul olmağa başlayan və bu vaxta qədər böyük yarış təcrübəsi olmayan yeniyetmə qızlarımızın çıxışıdır. Yıxılmalarına və zədə almalarına baxmayaraq yarışı sonadək davam etdirən velosipedçilərimizin əzmkarlığı Olimpiya Festivalının təşkilatçıları tərəfindən də yüksək qiymətləndirilib. Məhz bu amil ölkədə kişilərlə yanaşı, qadın velosipedinin də inkişaf etdirilməsini qarşısına məqsəd qoyan Azərbaycan Velosiped İdmanı Federasiyasına gələcəyə inamla baxmağa əsas verir.

Qeyd edək ki, hazırda Azərbaycan qadın velosipedinin böyük yarışlarında Qazaxıstanın "Astana" Dünya Turu komandasının heyətində çıxış edən Yelena Pavluxina ilə təmsil olunur. Yeri gəlmişkən, bir daha xatırladaq ki, təmsilçimiz bu günlərdə planetin ən nüfuzlu yarışı olan "Tour de France"ın birgünlük qadın versiyasında 23-cü nəticə göstərib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13