"Jara-2017"nin ikinci günü: hərarət artır - FOTO
Şou-Biznes
28 İyul 2017 21:44

"Jara-2017"nin ikinci günü: hərarət artır - FOTO


Beynəlxalq Musiqi Festivalının ikinci günü Sofiya Rotarunun yubileyinə həsr olunub

İyulun 28-də "Sea Breeze" istirahət mərkəzində "Jara-2017" Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti start götürüb. Konsertdən əvvəl müğənnilər qırmızı xalı üzərindən keçərək jurnalistlərin suallarını cavablandırıb, festivalın ilk günü ilə bağlı təəssüratlarını bölüşüblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, festivalın ikinci günü SSRİ Xalq Artisti Sofiya Rotarunun yubileyinə həsr olunması "Jara"nın hərarətini daha da artırıb. Səhnəyə çıxan müğənni tamaşaçıları Azərbaycan dilində salamlayıb və çox məşhur "Çervona ruta" mahnısını oxuyub.

O, yubiley gecəsinin Bakıda, bu qonaqpərvər şəhərdə keçirilməsindən çox məmnun olduğunu bildirərək deyib ki, artıq səhnəyə çıxmasının 45 ili tamam olur. Yaşına gəldikdə isə, tamaşaçı alqışı ona yeni ruh verir.

Daha sonra Sofiya Rotaru bacısı Aureliya ilə birlikdə "Melankoliye" mahnısını səsləndirib.

Polad Bülbüloğlu tamaşaçıları "Qorod moy Baku" mahnısı ilə salamlayaraq Sofiya Rotaruya yubileyi münasibətilə təbriklərini çatdırıb. O, festivalın müxtəlif xalqları bir araya gətirdiyini, musiqinin sərhəd tanımadığını vurğulayaraq, "Gəl, ey səhər" mahnısını ifa edib.

Sonra səhnəyə çıxan Qlyukoza Sofiya Rotarunun "Luna, luna" mahnısını oxuyub.

Yubiley gecəsi məşhur müğənninin ifası və digər müğənnilərin onun repertuarından ən populyar hitlərin birgə səsləndirilməsi ilə davam edir.

Milli.Az












loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22