Dağıstanlı futbolçu Avrokubokların tarixinə düşdü
İdman
28 İyul 2017 22:14

Dağıstanlı futbolçu Avrokubokların tarixinə düşdü


"Krasnodar"ının futbolçusu Məhəmmədşəfi Süleymanov postsovet futbolu tarixinə düşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, dağıstanlı hücumçu avrokuboklarda ən gənc qol müəllifi olub.

O, Avropa Liqasının III təsnifat mərhələsində Danimarka "Lynqby"su ilə ilk oyun zamanı qələbə topunu vurub - 2:1. 17 yaş 224 günündə fərqlənən forvard "Spartak"ın keçmiş oyunçusu Sergey Rodionova məxsus rekordu təzələyib. Rodionov 1980-ci ildə Lüksemburq "Jeness"i ilə görüşdə 18 yaş 16 günündə ikən qol vurub.

Məhəmmədşəfi Kamil oğlu Süleymanov 16 dekabr 1999-cu ildə Dağıstan Respublikasının paytaxtı Mahaçqalada anadan olub. 2013-cü ildən "Krasnodar" akademiyasına qəbul olunan Süleymanov Rusiya Premyer Liqasında cəmi 12 gün əvvəl "Rubin"lə qarşılaşmada debüt edib. O, Rusiyanın U-16, U-17 və U-19 yığmalarında çıxış edib.

Qeyd edək ki, avrokuboklarda postsovet komandalarının oyunçuları arasında ilk "dubl"a Alan Dzaqoyev imza atıb. O, MOİK-in heyətində 18 yaşında İspaniya "Deportivo"sunu 2 dəfə məyus edib. 2008-2009 mövsümündə keçirilmiş UEFA Kuboku matçında "ordu klubu" böyük hesabla qalib gəlib - 3:0.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08