Bakıda qanunsuz zibilxana: Ərazidə antisanitar vəziyyət hökm sürür - VİDEO
Ölkə
28 İyul 2017 22:34

Bakıda qanunsuz zibilxana: Ərazidə antisanitar vəziyyət hökm sürür - VİDEO


Məişət tullantıları yaşayış evlərinin yaxınlığındakı boş əraziyə atılır.

Bura tullantılar üçün nəzərdə tutulmasa da, ancaq görünən mənzərə bunu demir. Milli.Az bildirir ki, paytaxtın Binəqədi rayonu,Binəqədi qəsəbəsi 3-cü mədən adlanan ərazidə qanunsuz zibilxana yaradılıb.

Bu isə ən çox elə orda yaşayan sakinlərə çətin anlar yaşadır. Məsələ ilə bağlı Binqədi rayon, Binəqədi qəsəbəsi bələdiyyəsinə getdik. Bildirildi ki, problemdən xəbərdardılar və həmin əraziyə zibillər bəzi iaşə obyektlərinin sahibləri tərəfindən atılır. Buna baxmayaraq, qəsəbə bələdiyyəsi tərəfindən problemin aradan qaldırılması üçün tədbirlər görülür. Ən qısa zamanda ərazi zibildən tamamilə təmizlənəcək və abadlıq işləri aparılacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda qanunsuz zibilxana: Ərazidə antisanitar vəziyyət hökm sürür

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13