Qrup şəklində kredit götürdülər - birinin borcunu digəri ödəməli oldu - VİDEO
Ölkə
28 İyul 2017 22:44

Qrup şəklində kredit götürdülər - birinin borcunu digəri ödəməli oldu - VİDEO


Qrup şəklində kredit götürdülər, birinin borcunu digəri ödəməli oldu.

Milli.Az bildirir ki, Lənkəranın Göyşaban kənd sakini Tağızadə Əliyev həmkəndiləri - Sevgül Mənsimova və Nazimə Əsgərova ilə birlikdə 2014-cü ildə qeyri-bank kredit təşkilatının rayon filialından qrup şəklində kredit götürüb. Üç nəfərə umumilikdə 9 min manat pul götürən həmkəndlilərdən ikisi - Tağızadə Əliyev və Sevgül Mənsimova 2016-cı ildə borcu tam ödəyib. Nazimə Əsgərova isə borcu qaytarmayıb. Bu səbəbdən də bir ildən çoxdur ki, Tağızadə Əliyevin pensiya kartından əvvəlki aylarda 80 manat, daha sonrakı aylarda isə 30-50 manat tutulur.

Tağızdə Əliyevin sözlərinə görə, Nazimə Əsgərovanın ailəsində hər kəs işləyir və götürülən məbləği onun ailəsinin ödəmə qabiliyyəti var. Onda bu borc niyə yalnız Tağızdə Əliyevdən alınır?

Ekspertlər isə bildirirlər ki, qrup şəklində götürülən kreditdə ailə üzvləri məsuliyyət daşımır. Bu kredit növünda qrup üzvləri bir-birlərinə zamin durmuş sayılırlar. Yəni qrupdan kim məbləği ödəyə bilmirsə, kredit avtomatik olaraq digər üzvlərə yönləndirilir və onlardan hansının bunu ödəmək qabiliyyəti varsa, həmin məbləğ ondan tutulur. Digərlərinin borcunu ödəyən şəxs isə borcu tam ödədikdən sonra banka müraciət edib öz borcunu deyil, digərlərinin borcunu ödədiyinə görə çıxarış alıb, qrupun digər üzvlərini məhkəməyə verə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qrup şəklində kredit götürdülər - birinin borcunu digəri ödəməli oldu

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08