Türkiyədə  yeddi jurnalist azad edildi
Digər
28 İyul 2017 22:52

Türkiyədə yeddi jurnalist azad edildi


Türkiyədə məhkəmə “Cumhuriyet” qəzetinin PKK ilə əlaqədə şübhəli bilinən yeddi jurnalistinin həbsdən azad edilməsinə dair qərar qəbul edib.  

 

APA-nın “Daily Sabah”a  istinadən verdiyi xəbərə görə, baş redaktor Murat Sabunçu, icraçı direktoru Akın Atalay da daxil olmaqla “Cumhuriyet” qəzetinin 17 əməkdaşı barəsində məhkəmə prosesi bazar ertəsi İstanbulda başlayıb.  

 

Onlardan 11 nəfərin noyabrda məhkəmənin qərarı ilə həbs edildiyi bildirilir.  Hazırda 11 müttəhim həbsdədir, daha 6 nəfər barəsində isə ölkəni tərk etməmək qətimkan tədbiri seçilib. Sabiq baş redaktor Can Dündar da daxil olmaqla nəşrin iki əməkdaşı barəsində axtarış elan edilib.

 

Qeyd edək ki, İstanbul prokurorluğu müttəhimlər üçün 7,5 ildən 43 ilədək həbs cəzasının verilməsini istəyib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22