İsti havada ürəyi qorumaq üçün 7 SADƏ MƏSLƏHƏT
Sağlamlıq
28 İyul 2017 23:14

İsti havada ürəyi qorumaq üçün 7 SADƏ MƏSLƏHƏT


İsti hava ürək-damar sisteminə düşən gərginliyi və nəticədə ürək tutması, infarkt və insultun riskini xeyli artırır.

Bu səbəbdən isti havada ürəyi mümkün qədər qorumaq lazımdır, bu xüsusilə ürək-damar sistemi xəstəlikləri olan və həmçinin yaşlı insanlara aiddir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, kardioloqların isti havada insanlara əsas tövsiyələri bunlardır:

1. Ürək-damar sistemi xəstəlikləri olan insanlar yayın əvvəlində profilaktik olaraq müalicə həkiminin müayinəsindən keçməlidir.
Əgər sizə həkim tərəfindən hər hansı ürək preparatları təyin olunubsa, onları vaxtı-vaxtında qəbul edin, həkimlə məsləhətləşmədən dozalanmanı azaltmayın.
2. Gün eynəyi və baş örtüyü mütləqdir!
3. Enli, sıxmayan, açıq rəngdə olan, təbii parçalardan tikilmiş paltarları geyinin.
4. Buna sağlamlığınızla bağlı əks-göstərişlər yoxdursa, gun ərzində 2 l qədər adi təmiz su için. Çölə çıxanda yanınızda mütləq su butulkasını saxlayın. Susuzlaşmanın inkişafına yol verməyin!
5. Yağlı, qızardılmış, duzlu qidalardan, şirniyyatlardan imtina edin. Qidalanmanızın əsas hissəsini meyvə-tərəvəz, yarmalar, tam taxıllı çörək, süd məhsulları təşkil etməlidir. Ətin istehlakını azaldın. Qidalanmanıza kalium və maqneziumla zəngin olan məhsulları daxil edin (ərik, pomidor, kişmiş, banan, badam, qoz, keşyu, acı şokolad və s.). Bu 2 maddə ürəyi qoruyur.
6. Çölə yalnız səhər (10-11.00 qədər) və axşam saatlarında (17-18.00-dan sonra) çıxın.
7. Ağır fiziki işlə məşğul olmayın!

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13