"Sınmış" ürəklər üçün bioloji yapışqan
Maraqlı
28 İyul 2017 23:44

"Sınmış" ürəklər üçün bioloji yapışqan


Amerikalı alimlər "sınmış" ürəklər üçün möhkəm bioloji yapışqan yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yaş səthlərə asanlıqla yapışan bu biomaddə nəinki zədələnmiş ürək əzələsini, həm də digər insan orqanizminin toxumalarını birləşdirmə bacarığına malikdir.

Alimlərin sözlərinə görə, adi ilbizdən alınan maddə əsasında hazırlanan yapışqan yaraların müalicəsi və cərrahiyyə əməliyyatlarının aparılmasında istifadə oluna bilər. Yapışdırıcı səth və hidrogel təbəqələrindən ibarət olan bu tibbi yapışqan zədələnmiş toxumaların üzərinə adi plastır kimi qoyulur.

Yüksək möhkəmliyə malik bioyapışqan bükülmə və dartılma kimi hərəktlərə davam gətirə bilir.

Elmi araşdırmalar göstərib ki, yeni yapışqanın istifadəsi zamanı heç bir yan təsir müşahidə olunmur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13