Kim Çen In dünyanı lərzəyə gətirdi -
Dünya
29 İyul 2017 0:02

Kim Çen In dünyanı lərzəyə gətirdi -


Şimali Koreya bu gün növbəti buraxılışını həyata keçirib. 

Metbuat.az xəbər verir ki, Cənubi Koreya hərbçiləri raket buraxılışı faktını təsdiqləyiblər. Koreya Respublikası Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin məlumatına görə, ballistik olduğu ehtimal edilən raket yerli vaxtla saat 23:41-də (Bakı vaxtı ilə saat 18:41) Caqando vilayəti rayonundan Yapon dənizi istiqamətində buraxılıb. 

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa jurnalistlərə bildirib ki, raket dəniz üzərində 44 dəqiqəyə yaxın uçub. O qeyd edib ki, dəyən ziyan haqqında hələlik məlumat yoxdur. Yesixide Suqa Şimali Koreyanın bu addımının BMT Təhlükəsizlik Şurasının qətnaməsinin açıq şəkildə pozulması kimi dəyərləndirib. 

Pentaqonda da ballistik raket buraxılışını qeydə aldıqlarını bildiriblər. 

Yaponiya və Cənubi Koreyanın hakimiyyət orqanları hər iki ölkənin milli təhlükəsizlik şuralarının təcili iclasını çağırırlar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08